"Qarabağ"dan Avropa Liqasının qrup mərhələsində ardıcıl 4-cü məğlubiyyət - Yenilənib

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Ağdam klubu İstanbulda “Sivasspor”u qəbul edib. İlk üç qarşılaşmada uduzan “Qarabağ” bu görüşdə iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və 2:3 hesabı məğlub olub. Bununla da Ağdam təmsilçisi 1/16 final mərhələsinə yüksəlmək şansını itirib.

Qrupun digər oyununda “Makkabi” (Təl-Əviv) “Vilyarreal”ı qəbul edib və bərabərə qalıb - 1:1.

26 noyabr

Avropa Liqası

Qrup mərhələsi, 4-cü tur


I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3
Qollar: Adbullah Zubir, 8 (1:0), Kone, 40-pen. (1:1), Uroş Matiç, 51 (2:1), Kayode, 56 (2:2), Kone, 79 (2:3)
Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. “Başakşəhər” Fatih Terim Stadionu

21:55."Makkabi" (Təl-Əviv, İsrail) - "Vilyarreal" (İspaniya) - 1:1
Qollar: Baena, 45, Pesik, 47 (1:1)

1

Vilyarreal

4

3

1

0

13

5

10

2

Makkabi (Tel-Əviv)

4

2

1

1

4

6

7

3

Sivasspor

4

2

0

2

9

9

6

4

Qarabağ

4

0

0

4

3

9

0

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB