Bu gün səhər Zaqatala şəhər Olimpiya İdman Kompleksində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ümumtəhsil və peşə məktəbləri şagirdlərinin IV zona spartakiadasına start verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, spartakiadada Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəbliləri öz güclərini sınamaq üçün idman kompleksinə yığışıblar. Tədbirdə Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin şöbə müdiri Elxan Quliyev də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırıblar. Daha sonra Olimpiya himninin sədaları altında yarışlara start verilib.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB