La Liqanın liderindən növbəti qələbə, "Valensiya"dan əzmkar heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Lider “Real Sosyedad” bu turda “Kadis” səfərinə yollanıb və minimal hesabla qələbə qazanıb.

“Eybar” – “Xetafe” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Alaves” – “Valensiya” matçı da heç-heçə bitib. “Qranada” isə evdə “Valyadolid”ə uduzub.

İspaniya La Liqası

10-cu tur

20 noyabr

Osasuna – Hueska 1:1

Qol: D.Qarsiya, 68 – S.Ramires, 5.

21 noyabr

Levante – Elçe 1:1

Qol: Melero, 12 – Tete, 64.

Vilyarreal – Real 1:1

Qol: Moreno, 76-pen – Mariano, 2.

Sevilya – Selta 4:2

Qol: Kunde, 5. En Nesiri, 45+3. Eskudero, 85. El haddadi, 87 – Aspas, 10. Nolito, 36.

Atletiko – Barselona 1:0

Qol: Karrasko, 45+3.

22 noyabr

Eybar – Xetafe 0:0

Kadis – Real Sosyedad 0:1

Qol: İsak, 66.

Qranada – Valyadolid 1:3

Qol: Duarte, 63 – Plano, 45+2. M.Andre, 53. Jota, 90.

Alaves – Valensiya 2:2

Qol: Navarro, 2. L.Peres, 16-pen – Valyexo, 72. Sanmartin, 77.

23 noyabr

00:00 Atletik – Betis

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...