Əlavə vaxtda meydana daxil olan Nazarov qolla yadda qalıb

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Bundan iki dəqiqə sonra isə o, komandasının sonuncu qoluna imza atıb.

8 turdan sonra 12 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə