“Neftçi” “Qəbələ”yə, “Keşlə” “Zirə”yə qarşı oynayacaq

“Neftçi” “Qəbələ”yə, “Keşlə” “Zirə”yə qarşı oynayacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulacaq. SİA-nın verdiyi məlumata görə, son oyun günündə iki görüş keçiriləcək. Belə ki, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək, günün digər qarşılaşmasında isə "Keşlə" klubu "Zirə""nin qonağı olacaq.

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə