"Çelsi"dən səfər qələbəsi, “Tottenhem” “Mançester Siti”ni əliboş yola salıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Çelsi” səfərdə “Nyukasl” üzərində inamlı qələbəyə sevinib. “Aston Villa” evdə “Brayton”a uduzubsa, “Mançester Yunayted” “Vest Bromviç”i minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. İki cavabsız qolla qalib gələn londonlular həm də zirvəni ələ keçiriblər.

İngiltərə Premyer Liqası

9-cu tur

21 noyabr

Nyukasl – Çelsi 0:2

Qol: Fernandes, 10-öz qapısına. Abraham, 65.

Aston Villa – Brayton 1:2

Qol: Konsa, 47 – Uelbek, 12. Març, 56.

Tottenhem – Mançester Siti 2:0

Qol: Son, 5. Lo Çelso, 65.

Mançester Yunayted – Vest Bromviç 1:0

Qol: B.Fernandes, 56-pen.

22 noyabr

16:00 Fulhem – Everton

18:00 Şeffild Yunayted – Vest Hem

20:30 Lids – Arsenal

23:15 Liverpul – Lester

23 noyabr

21:30 Bernli – Kristal Pelas

00:00 Vulverhempton – Sauthempton

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...