“Fənərbaxça” və “Beşiktaş”dan qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” bu turda “Fatih Karagümrük”lə qarşılaşıb və heç-heçəyə razılaşıb.

“Fənərbaxça” “Gənclərbirliyi” ilə səfər oyununda darmadağına sevinib. “Qaziantep” də səfərdə “Dənizlispor”dan üstün olub.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Beşiktaş” doğma meydanda son çempion “Başakşəhər”i məğlub edib.

Türkiyə Super Liqası

9-cu tur

21 noyabr

Fatih Karagümrük – Sivasspor 1:1

Qol: Sabo, 86 – Liçay, 44-öz qapısına.

Dənizlispor – Qaziantep 0:1

Qol: K.Özer, 26.

Gənclərbirliyi – Fənərbaxça 1:5

Qol: Anxelo, 31 – M.Yandaş, 14. Perotti, 38-pen; 69. Sosa, 47. O.Tufan, 72.

Beşiktaş – Başakşəhər 3:2

Qol: Hatçinson, 44. Larin, 45+1. Abubakar, 72 – Qulbrandsen, 81; 90+4.

22 noyabr

14:30 Hatayspor – Rizəspor

17:00 Göztəpə – Ankaragücü

17:00 Konyaspor – Kasımpaşa

20:00 Antalyaspor – Alanyaspor

20:00 Trabzonspor – Ərzurumspor

23 noyabr

20:30 Qalatasaray – Kayserispor

Bütün xəbərlər Facebook səhifəmizdə