"Bordo"dan səfər qələbəsi, PSJ əzəli rəqibinə məğlub olub

Futbol üzrə Fransa çempionatında 11-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Renn” doğma meydanda “Bordo”nu qəbul edib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.

Turun mərkəzi görüşündə lider PSJ səfərdə “Monako”nun qonağı olub. Beş qolun qeydə alındığı matç parislilərin məğlubiyyəti ilə başa çatıb.

Bu tur keçirilməli olan “Olimpik” (Marsel) – “Nitsa” matçı qonaqların bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Fransa Liqa 1

11-ci tur

20 noyabr

Renn – Bordo 0:1

Qol: Ben Arfa, 37.

Monako – PSJ 3:2

Qol: Volland, 52; 66. Fabreqas, 84-pen – Mbappe, 25; 37-pen.

21 noyabr

20:00 Brest – Sent-Etyen

22 noyabr

16:00 Nant – Mets

18:00 Dijon – Lans

18:00 Monpelye – Strasburq

18:00 Reyms – Nim

20:00 Anje – Olimpik (Lion)

00:00 Lill – Loryan

Bütün xəbərlər Facebook səhifəmizdə