"Atletiko"nun və Uruqvay millisinin futbolçusu Luis Suares koronavirusa yoluxub

"Atletiko"nun və Uruqvay millisinin futbolçusu Luis Suares koronavirusa yoluxub

"Atletiko"nun və Uruqvay millisinin futbolçusu Luis Suares koronavirusa yoluxub.

SİA Uruqvay Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun testi müsbət nəticə verib. Bu səbəbdən o, qarşıdakı görüşləri buraxmalı olacaq.

Qeyd edək ki, Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə