Azərbaycan millisinin hücumçusu karyerasını ABŞ-da davam etdirəcək

Azərbaycan millisinin hücumçusu karyerasını ABŞ-da davam etdirəcək

Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək.

SİA xəbər verir ki, 30 yaşlı hücumçu Pro Liqada mübarizə aparan “Atletes Unlimited”lə müqavilə imzalayıb.

Son mövsümü “Cakarta”da (İndoneziya) oynayan Əliyeva razılaşmaya əsasən 1 mövsüm yeni klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, İndoneziyada çempion olmaqla yanaşı, 3 nominasiyada - I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçu seçilən yığmamızın sabiq kapitanı İtaliya və Türkiyədə də legioner həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə