Lyuis Hemilton karyerasında yeddinci dəfə "Formula 1" yarışlarının qalib olub

Lyuis Hemilton karyerasında yeddinci dəfə "Formula 1" yarışlarının qalib olub

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında yeddinci dəfə "Formula 1" yarışlarının qalib olub.

SİA-nın məlumatına görə, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin edib.

Türkiyə Qran Prisində ikinci yeri "Racing Point" komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yeri isə "Ferrari" komandasının almaniyalı pilotu Sebastyan Fettel tutub.

Mövsümün bitməsinə 3 mərhələ qalmış L.Hemiltonun aktivində 307 xal, ikinci yerdə olan V.Bottasın aktivində 197 xal, üçüncü yerdə olan Maks Ferstappenin isə aktivində 170 xal var.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi 27-29 noyabr tarixlərində Bəhreyndə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə