Bakıda “Pit stop”un sökülməsinə aydınlıq gətirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutula "Pit stop" binasının sökülməsi məsələsinə aydınlıq gətirib. Şirkətdən SİA-ya verilmən məlumata görə, binanın sökülməsi ilə bağlı dövlət qrumları tərəfindən müvafiq tapşırıq verilib. Qeyd edilib ki, "Pit stop" binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək. İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır. Çox güman ki, "Pit stop" binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanııacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə