Futbol üzrə İslandiya yığmasının baş məşqçisi istefa verib

Futbol üzrə İslandiya yığmasının baş məşqçisi istefa verib

Futbol üzrə İslandiya yığmasının baş məşqçisi Erik Hamren istefa verib.

SİA xəbər verir ki, 63 yaşlı isveçli mütəxəssis bu qərarını AÇ-2020-yə vəsiqə şansını əldən vermələri ilə əlaqələndirib:

“Bu, mənim qərarımdır. Ümid edirəm ki, islandlar dünya çempionatına vəsiqə qazana biləcəklər. Amma unu mənsiz edəcəklər”.

Qeyd edək ki, İslandiya yığması AÇ-2020-yə son dörd vəsiqə uğrunda pley-off oyununda Macarıstana 1:2 hesabıyla uduzub.

Erik Hamren 2018-ci ildən İslandiya yığmasına rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə