“Qalatasaray” “İmperator”a tapşırılır

“Qalatasaray” “İmperator”a tapşırılır

"Qalatasaray"da Ünal Aysal dönəmi başlayıb. Klubun yeni başqanı seçilən Aysal dünən "Qalatasaray"la əvvəllər tarix yazmış məşqçi Fatih Terimlə görüşüb. SİA-nın məlumatına görə, başqan "imperatora, ""Floriya"nın patronu ol", deyib. Əvvəlcə düşünmək üçün iki gün vaxt istəyən Terim köməkçiləri və ailəsi ilə məsləhətləşdikdən sonra prinsipcə "hə" deyib. Bircə imza atmaq məsələsi qalır.

Beləliklə, qarşıdakı sezonda biz futbol meydanında başqa bir "Qalatasaray" görsək təəccüblənməməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə