Türkiyə ilə oyun öncəsi milli komandanın baş məşqçisi koronavirusa yoluxub

Türkiyə ilə oyun öncəsi milli komandanın baş məşqçisi koronavirusa yoluxub

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Test nəticəsi müsbət olan italiyalı mütəxəssisin komandadan təcrid edildiyi bildirilib.

Qeyd edək ki, Macarıstan seçməsi Millətlər Liqasında noyabrın 15-də Serbiyanı, 3 gün sonra isə Türkiyəni qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə