Maradona xəstəxanadan evə buraxılıb

Maradona xəstəxanadan evə buraxılıb

Əfsanəvi futbolçu və hazırda “Ximnasiya"nı (Argentina) çalışdıran Dieqo Maradona xəstəxanadan çıxıb.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssisin vəkili Matias Morla danışıb. O, bildirib:

“Dieqo həyatının ən çətin anını keçirdi. Xoşbəxtlikdən özünü yaxşı hiss edir və tez sağalmağa çalışır. İnfdi onun dəstəyə və sakitliyə ehtiyacı var.”

Qeyd edək ki, Maradona subdural hematoma diaqnozu qoyulduğu üçün əməliyyat edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə