Samir Abasov "Neftçi"də

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib.

SIA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paytaxt təmsilçisini Samir Abasov çalışdıracaq. 42 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müddəti olan müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov bu gün istefa verib.

Xatrladaq ki, Abbasov məşqçi karyerası ərzində “Sumqayıt” və “Zirə”ni də çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə