“Lill” uduzdu, “Monako” inamlı qələbəyə sevindi

“Lill” uduzdu, “Monako” inamlı qələbəyə sevindi

Futbol üzrə Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Lill” “Brest”lə səfər oyunundan məğlub ayrılıb. “Monako” isə “Nitsa” səfərindən inamlı qələbə ilə dönüb. Turnir cədvəlində 6-cı sırada qərarlaşan Lion “Olimpik”i bu turda “Sent-Etyen”i məğlub edib.

8 qolun qeydə alındığı “Lans – Reyms”, eləcə də “Mets” – “Dijon” oyunlarında qalib müəyyənləşməyib. “Loryan” evdə “Nant”a, “Nim” isə “Anje”yə uduzub.

Fransa Liqa 1
10-cu tur

6 noyabr

Strasburq – Olimpik (Marsel) 0:1

Qol: Sanson, 72.

7 noyabr

Bordo – Monpelye 0:2

Qol: Molle, 49. Delor, 66.

PSJ – Renn 3:0

Qol: M.Kin, 11. Di Maria, 21; 73.

8 noyabr

Brest – Lill 3:2

Qol: Pyerr-Qabriel, 15. Perro, 19. Kardona, 42 – B.Yılmaz, 45+2-pen; 57.

Lans – Reyms 4:4

Qol: Banza, 21. Foket, 77-öz qapısına. Sotoka, 90; 90+1 – Kafaro, 47. Dia, 54; 81. Medina, 79-öz qapısına.

Loryan – Nant 0:2

Qol: Bamba, 80. Blas, 83.

Mets – Dijon 1:1

Qol: Yade, 21 – Balde, 13.

Nim – Anje 1:5

Qol: Kone, 90+1 – Pereyra, 1. Bahoken, 23; 56. Dioni, 82. Kabot, 90+3.

Nitsa – Monako 1:3

Qol: Melu, 69 – Disasi, 23. Diop, 53.

Olimpik (Lion) – Sent-Etyen 2:1

Qol: Kadevere, 65; 74 – A.Lopes, 40-öz qapısına.

Bütün xəbərlər Facebook səhifəmizdə