“Yuventus”la “İnter” səfərdə, “Milan” evdə xal itirdi

“Yuventus”la “İnter” səfərdə, “Milan” evdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub. Lider “Milan” bu turda “Verona”nı qəbul edib və xal itkisiylə üzləşib.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Son illərin dəyişməz çempionu “Yuventus” burda “Latsio”nun qonağı olub. “Atalanta” isə doğma meydanda “İnter”lə üz-üzə gəlub. Bu oyunlarda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Torino” – “Krotone” matçında da qalib müəyyənləşməyib.

“Napoli” “Bolonya” səfərindən minimal hesabla qalib qayıdıbsa, “Roma” “Cenoa” ilə görüşdə inamlı qələbəyə sevinib.

İtaliya A Seriyası

7-ci tur

6 noyabr

Sassuolo – Udineze 0:0

7 noyabr

Kalyari – Sampdoriya 2:0

Qol: J.Pedro, 48-pen. Nandes, 69.

Benevento – Spetsiya 0:3

Qol: Pobeqa, 29. Nzola, 65; 70.

Parma – Fiorentina 0:0

8 noyabr

Latsio – Yuventus 1:1

Qol: Kaysedo, 90+5 – Ronaldo, 15.

Atalanta – İnter 1:1

Qol: Mirançuk, 79 – L.Martines, 58.

Cenoa – Roma 1:3

Qol: Pyatsa, 50 – Mxitaryan, 45+2; 66; 85.

Torino – Krotone 0:0

Bolonya – Napoli 0:1

Qol: Osimhen, 23.

Milan – Verona 2:2

Qol: Maqnani, 27-öz qapısına. Kalabria, 90 – Barak, 6. Kalabria, 19-öz qapısına.

Bütün xəbərlər Facebook səhifəmizdə