Nazarovun 11 dəqiqə oynadığı oyunda komandası bir xal qazanıb

Nazarovun 11 dəqiqə oynadığı oyunda komandası bir xal qazanıb

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Hannover”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

7 turdan sonra 9 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə