“Bavariya” “Borussiya”ya səfərdə qalib gəlib, “Leyptsiq” “Frayburq”u darmadağın edib

“Bavariya” “Borussiya”ya səfərdə qalib gəlib, “Leyptsiq” “Frayburq”u darmadağın edib

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Maynts” – “Şalke” və “Ştutqart” – “Ayntraxt” görüşlərində qalib müəyyənləşməyib. “Leyptsiq” “Frayburq”u, “Union” isə “Arminiya”nı darmadağınla yola salıb. “Herta” da səfərdə “Auqsburq”u böyük hesabla məğlub olub.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı doğma meydanda “Bavariya” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç münhenlilərin qələbəsiylə yekunlaşıb.

Münhenqladbax “Borussiya”sı bu tur səfərdə “Bayer”in qonağı olacaq, “Volfsburq” isə “Hoffenhaym”ı qəbul edəcək.

Almaniya Bundesliqası

7-ci tur

6 noyabr

Verder – Köln 1:1

Qol: Bittenkur, 82 – Moysander, 67-öz qapısına.

7 noyabr

Auqsburq – Herta 0:3

Qol: Kunya, 44. Lukebakio, 52. Pyontek, 86.

Maynts – Şalke 2:2

Qol: Brosinski, 6-pen. Mateta, 45+2 – Ut, 36. Yuste, 82-öz qapısına.

Leyptsiq – Frayburq 3:0

Qol: Konate, 26. Sabitzer, 70-pen. Anxelinyo, 89.

Ştutqart – Ayntraxt 2:2

Qol: Qonsales, 17-pen. Kastro, 37 – A.Silva, 61. Abraham, 75.

Union – Arminiya 5:0

Qol: Endo, 3. Endrix, 13. Bekker, 45+2. Kruse, 52-pen. Toyxert, 89.

Borussiya (Dortmund) – Bavariya 2:3

Qol: Roys, 45. Haland, 83 – Alaba, 45+4. Levandovski, 48. Sane, 80.

8 noyabr

18:30 Volfsburq – Hoffenhaym

21:00 Bayer – Borussiya (Münhenqladbax)

Bütün xəbərlər Facebook səhifəmizdə