Əliyevin komandası doğma meydanda 1 xal qazanıb

Əliyevin komandası doğma meydanda 1 xal qazanıb

Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Ural”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 14 oyuna topladığı 7 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə