Sivas valisi "Qarabağ"ı ziyarət edib

Sivas valisi "Qarabağ"ı ziyarət edib

UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə "Sivasspor"la qarşılaşan "Qarabağ" oyundan öncə xoş sürprizlə qarşılaşıb.

SİA Ağdam klubunun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəlib.

Qonaqları "Qarabağ"ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.

Onlara xatirə olaraq "Qarabağ" forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və "Qarabağ"ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə