"Sivasspor"dan heç-heçə, "Fənərbaxça" liderliyə yüksəldi

"Sivasspor"dan heç-heçə, "Fənərbaxça" liderliyə yüksəldi

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Fənərbaxça” “Antalyaspor”un qonağı olub və çətin qələbəyə sevinib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” isə bu tur çərçivəsində “Hatayspor” səfərinə yollanıb. Bu görüş heç-heçə bitib.

Türkiyə Super Liqası

7-ci tur

30 oktyabr

Fatih Karagümrük – Ərzurumspor 5:1

Qol: Ndiaye, 11; 45. Bilya, 28-pen. Ndao, 71. Sabo, 90+4 – Qomes, 90.

Trabzonspor – Kasımpaşa 3:4

Qol: Asan, 23. Nvakaeme, 31; 38. – Tirpan, 8. Erdoğan, 41. Edqar Le, 87-öz qapısına. Koyta, 90.

31 oktyabr

Gənclərbirliyi – Qaziantep 1:1

Qol: Kandeyas, 56 – Maksim, 17-pen.

17:00 Göztəpə – Alanyaspor matçı təxirə salınıb

Qalatasaray – Ankaragücü 1:0

Qol: Babel, 45+1.

1 noyabr

Rizəspor – Kayserispor 1:0

Qol: Remi, 33.

Konyaspor – Başakşəhər 1:2

Qol: Kravets, 69 – Yevtoviç, 45-öz qapısına. Aleksiç, 58.

Beşiktaş – Yeni Malatyaspor 1:0

Qol: Larin, 55.

2 noyabr

Antalyaspor – Fənərbaxça 1:2

Qol: Podolski, 52 – O.Tufan, 49. Perotti, 84-pen.

Hatayspor – Sivasspor 1:1

Qol: Akintola, 8 – Qradel, 6.

Bütün xəbərlər Facebook səhifəmizdə