İngiltərə Premyer Liqasında 2010-2011 mövsümünün qalibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, 37-ci tur çərivəsində \"Blekbern\"in qonağı olan \"Mançester Yunayted\" səfərdən bir xalla dönüb. Hesabı 20-ci dəqiqədə Brett Emerton açıb. Lakin 73-cü dəqiqədə penaltidən fərqlənən Ueyn Runi \"Mançester Yunayted\"i çempion edib. Qazanılan 1 xal \"Qırmızı şeytanlar\"la \"Çelsi\" arasında 7 xallıq fərq yaradıb ki, bu da çempionluq üçün yetərli olub.
Qeyd edək ki, bu 1878-ci ildə yaradılan \"Mançester Yunayted\"in tarixi ərzində 19-cu çempionluğu olub. Komanda bundan əvvəl 1908, 1911, 1952, 1956, 1957, 1965, 1967, 1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2008 və 2009-cu illərdə çempion olmuşdu.
Premyer Liqada son oyun günündə meydan sahibləri əsl faciə yaşayıb. Öncə \"Çelsi\" doğma meydanda iki dəfə önə keçdiyi qarşılaşmadan 1 xalla ayrılıb, ardından \"Liverpul\" və \"Arsenal\" kimi nəhənglər də öz meydanında məğlubiyyətlə üzləşib.
İngiltərə
Premyer Liqa
XXXVII tur
14 may
Blekbern - Mançester Yunayted 1:1
Qollar: Brett Emerton, 20 - Ueyn Runi, 73-pen.
Vest Bromviç - Everton 1:0
Qol: Yussuf Mulumbu, 10.
Sanderlend - Vulverhempton 1:3
Qollar: Stepan Sessegnon, 34 - Codi Kraddok, 23. Steven Fletçer, 54. George Elokobi, 78.
Blekpul - Bolton 4:3
Dudley Kempbell, 9; 45. Yason Punçeon, 19. Karle Adam, 63 - Kevin Davyes, 6. Mattey Teylor, 24. Daniel Sturridge, 53.
15 may
Çelsi - Nyukasl 2:2
Qollar: İvanoviç, 2, Aleks, 83 - Qutyerres, 10, Teylor, 90.
Arsenal - Aston Villa 1:2
Qollar: Van Persi, 89 - Bent, 11; 15.
Birmingem - Fulhem 0:2
Qollar: Hangeland, 5; 49.
Liverpul - Tottenhem 0:2
Qollar: Van der Vaart, 9, Modriç, 56-pen.
Viqan - Vest Hem 3:2
Qollar: N´Zoqbia, 57; 90, Sammon, 68 - D.Ba, 12; 26.
17 may
Mançester Siti - Stok Siti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB