“Arsenal” “Mançester Yunayted”ə səfərdə qalib gəlib, "Tottenhem"dən qələbə

“Arsenal” “Mançester Yunayted”ə səfərdə qalib gəlib, "Tottenhem"dən qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Aston Villa” – “Sauthempton” matçında qonaqlar qələbəni bayram ediblər. “Nyukasl” “Everton”la ev oyunundan qalib ayrılıbsa, “Tottenhem” “Brayton”u çətinliklə üstələyib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. London “Arsenal”ı burada “Mançester Yunayted”in qonağı olub və minimal hesabla üstün olub.

İngiltərə Premyer Liqası

7-ci tur

1 noyabr

Aston Villa – Sauthempton 3:4

Qol: Minqs, 62. Uotkins, 90+3. Qriliş, 90+7 – Vesterqard, 20. Uord-Prouz, 33; 45. İnqs, 58.

Nyukasl – Everton 2:1

Qol: Uilson, 56-pen; 84 – Kalvert, 90+1.

Mançester Yunayted – Arsenal 0:1

Qol: Obameyanq, 69-pen.

Tottenhem – Brayton 2:1

Qol: Keyn, 13-pen. Beyl, 73 – Lempti, 56.

30 oktyabr

Vulverhempton – Kristal Pelas 2:0

Qol: Nuri, 18. Podense, 27.

31 oktyabr

Şeffild Yunayted – Mançester Siti 0:1

Qol: Uolker, 28.

Bernli – Çelsi 0:3

Qol: Ziyex, 26. Zuma, 63. Verner, 70.

Liverpul – Vest Hem 2:1

Qol: Salah, 42. Jota, 85 – Fornals, 10.

2 noyabr

21:30 Fulhem – Vest Bromviç

00:00 Lids – Lester

Bütün xəbərlər Facebook səhifəmizdə