"Kayserispor" baş məşqçisi ilə yollarını ayırıb

"Kayserispor" baş məşqçisi ilə yollarını ayırıb

"Kayserispor" baş məşqçisi Bayram Bektaşla yollarını ayırıb.

SİA klubun saytına istinadən xəbər verir ki, Türkiyə Superliqasında "Rizespor"a 0:1 hesablı məğlubiyyətdən sonra türk mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Kayserispor" 6 matçdan 6 xalla 17-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə