"Zirə" "Səbail"lə heç-heçə etdi, "Qəbələ"dən ilk qələbə - Yenilənib
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. “Qəbələ” doğma meydanda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib.
Günün digər görüşündə isə “Səbail” “Zirə”nin qonağı olub və qolsuz bərabərə qalıb.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
31 oktyabr
16:00. “Zirə” - Səbail” 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu
14:00. “Qəbələ” - “Sabah” 2:1
Qol: Yusif Nəbiyev, 31 (1:0), Nikolas Raysel, 54 (2:0), Ramil Şeydayev, 80 (2:1)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
1 noyabr
16:00. "Qarabağ" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
"Azersun Arena"
14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
"Kapital Bank Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə