“Barselona” “Yuventus”a, PSJ “Başakşəhər”ə səfərdə qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə 8 qarşılaşma baş tutub.

Qardaş Türkiyənin çempionu “Başakşəhər” ÇL-də ilk ev oyununu keçirib. Turnirə məğlubiyyətlə başlayan İstanbul təmsilçisi ötən mövsümün finalçısı PSJ-ni qəbul edib. Türkiyə təmsilçisi bu oyundan da xalsız ayrılıb. Bu qrupun digər görüşündə “Leyptsiq” “Mançester Yunayted”in qonağı olub. “Qırmızı şeytanlar” darmadağına seviniblər.

Turun ən maraqla gözlənilən matçı Turində keçirilib. Yarışa qələbə ilə başlayan “Yuventus” turnirin favoritlərindən olan “Barselona” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası

28 oktyabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Çelsi” (İngiltərə) 0:4

Qol: Hadson-Odoi, 37. Verner, 76-pen. Ziyex, 79. Pulişiç, 90.

“Sevilya” (İspaniya) – “Renn” (Fransa) 1:0

Qol: De Yonq, 56.

Çelsi – 4, Sevilya – 4, Krasnodar – 1, Renn – 1.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) 2:0

Qol: Sanço, 78-pen. Haland, 90+1.

“Brügge” (Belçika) – “Latsio” (İtaliya) 1:1

Qol: Vanaken, 42-pen – Korrea, 14.

Latsio – 4, Brügge – 4, Borussiya – 3, Zenit – 0.

G qrupu

“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) 0:2

Qol: Dembele, 14. Messi, 90+1-pen.

“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Kiyev, Ukrayna) 2:2

Qol: Nquen, 59. Boli, 90 – Tsiqankov, 28-pen. De Pena, 41.

Barselona – 6, Yuventus – 3, Dinamo – 1, Ferentsvaroş – 1.

H qrupu

“Başakşəhər” (Türkiyə) – PSJ (Fransa) 0:2

Qol: M.Kin, 64; 79.

“Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 5:0

Qol: Qrinvud, 21. Reşford, 76; 78; 90+2. Marsyal, 86-pen.

Mançester Yunayted – 6, PSJ – 3, Leyptsiq – 3, Başakşəhər – 0.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...