"Bavariya" və "Mançester Siti"dən qələbə, "Real"dan heç-heçə - YENİLƏNİB

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarına start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının qarşılaşmaları baş tutub.

A qrupunda ilk turda “Atletiko”nu darmadağın edən “Bavariya” bu dəfə Moskva “Lokomotiv”ini səfərdə üstələyib. “Atletiko” isə doğma meydanda “Zalsburq”dan güclü olub.

B qrupu çərçivəsində “Real” səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda xilas olub. “Şaxtyor” isə “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

D qrupunda “Liverpul” “Midtyulland”ı, “Atalanta” isə “Ayaks”ı sınağa çəkib. İngiltərədəki oyunda son çempion inamlı qələbəyə sevinib. Dörd qolun qeydə alındığı İtaliyadakı matçda isə qalib müəyyənləşməyib.

Qrup mərhələsinin 2-ci turunun digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

27 oktyabr

A qrupu

Lokomotiv (Moskva, Rusiya) – Bavariya (Almaniya) 1:2

Qol: Mirançuk, 70 – Qoretska, 13. Kimmix, 79.

Atletiko (İspaniya) – Zalsburq (Avstriya) 3:2

Qol: Lyorente, 29. J.Feliks, 52; 85 – Soboslai, 40. Berişa, 47.

Bavariya – 6, Atletiko – 3, Lokomotiv – 1, Zalsburq – 1.

B qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Borussiya (Münhenqladbax, Almaniya) – Real (İspaniya) 2:2

Qol: Turam, 33; 58 – Benzema, 87. Kazemiro, 90+3.

Şaxtyor – 4, Borussiya – 2, İnter – 2, Real - 1

C qrupu

Portu (Portuqaliya) – Olimpiakos (Yunanıstan) 2:0

Qol: Vieyra, 11. Oliveyra, 85.

Olimpik (Marsel, Fransa) – Mançester Siti (İngiltərə) 0:3

Qol: Torres, 18. Gündoğan, 76. Sterlinq, 81.

Mançester Siti – 6, Portu – 3, Olimpiakos – 3, Olimpik 0.

D qrupu

Liverpul (İngiltərə) – Midtyulland (Danimarka) 2:0

Qol: Jota, 55. Salah, 90+2-pen.

Atalanta (İtaliya) – Ayaks (Niderland) 2:2

Qol: Sapata, 54; 60 – Tadiç, 30-pen. Traore, 38.

Liverpul – 6, Atalanta – 4, Ayaks – 1, Midtyulland – 0.

Bütün xəbərlər Facebook səhifəmizdə