“Fənərbaxça” “Trabzonspor”a qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü üç qarşılaşma baş tutub.

“Yeni Malatyaspor” doğma meydanda “Gənclərbirliyi”nə, “Alanyaspor” “Fatih Karagümrük”ə qalib gəlib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma meydanda əzəli rəqiblərindən olan “Trabzonspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Bu tur keçirilməli olan “Ankaragücü” – “Hatayspor” oyunu koronavirusa görə təxirə salınıb.

Türkiyə Super Liqası

6-cı tur

25 oktyabr

Yeni Malatyaspor – Gənclərbirliyi 2:1

Qol: S.Kaya, 24. K.Kanatsızkuş, 53 – M.Yıldırım, 10.

Alanyaspor – Fatih Karagümrük 2:0

Qol: Davidson, 8. Babakar, 81.

Fənərbaxça – Trabzonspor 3:1

Qol: S.Asan, 51-öz qapısına. Valensiya, 55. Sisse, 72 – Afobe, 23.

23 oktyabr

Kasımpaşa – Göztəpə 0:0

24 oktyabr

Qaziantep – Konyaspor 1:0

Qol: M.Demir, 76.

Başakşəhər – Antalyaspor 5:1

Qol: Vişça, 11; 23. İ.Kahveçi, 27. Krivelli, 35. Julyano, 84 – Podolski, 14.

Ərzurumspor – Qalatasaray 1:2

Qol: Novikovas, 45-pen – E.Kılınc, 20. Falkao, 64.

26 oktyabr

21:00 Dənizlispor – Beşiktaş

21:00 Sivasspor – Rizəspor

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...