Nazarovun oynamadığı matçda “Ersgebirge” meydanı xalsız tərk edib

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

5 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə