Paşayev “Dinamo”ya qarşı 90 dəqiqə oynayıb

Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” 7 turdan sonra 9 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə