“Ayaks”dan möhtəşəm qələbə

“Ayaks” Niderland çempionatının 6-cı turunda “Venlo” üzərində tarixi qələbə qazanıb. SİA xəbər verir ki, Erik Ten Haqın komandası səfərdə rəqib qapısından 13 cavabsız top keçirib. Lassina Traore görüşdə penta-trik edib.

Bu, “Ayaks”ın Erediviziyada ən böyükhesablı qələbəsidir. Bunadək rekord 1971/72 mövsümündə qeydə alınıb. Həmin vaxt Amsterdam klubu “Vitess”i 12:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 15 xala malik “Ayaks” çempionatın lideridir.

"Venlo" - "Ayaks" - 0:13
Qollar: Enkeljamp, 13, Traore, 17, 32, Tadiç, 44, Traore, 54, Antoni, 55, Enkeljamp, 57, Blind, 59, Traore, 65, Hubtelar, 74, 76, Martinez, 78, Traore, 87
Qırmızı vərəqə: Kristian Kumun, 52 ("Venlo")

Bütün xəbərlər Facebook səhifəmizdə