Əmrə Can koronavirus infeksiyasına yoluxub

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirus infeksiyasına yoluxub.

SİA xəbər verir ki, bu barədə Bundesliqa klubu məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, testi pozitiv çıxan Almaniya millisinin üzvü evində təcrid vəziyyətindədir. Digər futblçularda və məşqçi heyətində yoluxma aşkarlanmayıb. Türkiyə əsilli oyunçudan əvvəl isveçrəli müdafiəçi Manuel Akanjidə virus aşkarlanmışdı.

Qeyd edək ki, “Borussiya” oktyabrın 24-də Bundesliqanın V turu çərçivəsində “Şalke”ni qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə