Qurban Qurbanov “Makkabi”yə məğlubiyyəti şərh edib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçirdikləri oyunu şərh edib.

SİA xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...