“Qarabağ” “Makkabi”yə məğlub oldu

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

SİA xəbər verir ki, İ qrupunda yer alan Ağdam təmsilçisi startda İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirob.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda 7-ci dəfə qrupda yarışacaq təmsilçimiz uğurlu başlanğıc etmək niyyətindəydi. Lakin Ağdam klubu bu görüşdən minimal hesabla məğlub ayrılıb.

Qrupun digər oyununda İspaniya “Vilyarreal”ı ilə Türkiyənin “Sivasspor” klubu qarşılaşıb. Bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub - 5:3.

Avropa Liqası

İ qrupu

22 oktyabr

“Makkabi” (Təl-Əviv) – “Qarabağ” 1:0
Qol: Y.Kohen, 10.

Baş hakim: Con Biton (Şotlandiya).

Təl-Əviv. “Blumfeld” stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə