Azər Əliyevin formasını geyindiyi “Ufa” darmadağınla növbəti mərhələyə yüksəlib

Futbol üzrə Rusiya kubokunda 3-cü mərhələnin oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Çertanovo” ilə qarşılaşıb. Əliyevin komandası bu oyunda 4:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə