Əliyevli “Ximki” penaltilərlə mərhələ adladı

Futbol üzrə Rusiya kubokunda 3-cü mərhələnin oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Nijno Novqorod”la qarşılaşıb. Qarşılaşmanın əsas hissəsində qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ximki” növbəti mərhələyə yüksəlib – 10:9.

Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə