Lionel Messi Çempionlar Liqasında rekorda şərik olub

Çempionlar Liqasının I turunun “Ferensvaroş”la oyununda hesabı açan “Barselona”nın futbolçusu Lionel Messi rekorda şərik çıxıb.

SİA xəbər verir ki, argentinalı turnirdə ardıcıl 16-cı mövsüm qol sevinci yaşayıb.

Messiyə qədər yalnız bir futbolçu bunu bacarıb. “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqz də ardıcıl 16 mövsüm Çempionlar Liqasında qol vurub. Bununla Messi uelslinin göstəricisini təkrarlamağa müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...