"Qarabağ"dan qələbə, "Keşlə"dən heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun açılış matçında "Səbail" "Keşlə"ni qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bu görüşdən sonra xal sayını 9-a çatdıran "Keşlə" 3-cü sırada qərarlaşıb. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 4 xalla yeddinci pillədədir.

Komandalar indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Səbail", 3-də qonaq komanda qələbə qazanıb. 3 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Səbail" öndədir - 14:11. Komanda son 4 Premyer Liqa matçında "Keşlə"yə uduzmayıb və iki görüşdə qapısını toxunulmaz saxlaya bilib.

Günün digər matçında son ölkə çempionu "Qarabağ" "Qəbələ"ni qəbul edib. Bir oyun az keçirən Ağdam təmsilçisi 8 xalla 3-cü yerdədirsə, "qırmızı-qaralar" 4 xalla sonuncu qərarlaşıb. Bu matç komandaların çempionatda 48-ci dueli olub. 24 görüşdə Ağdam klubu, 10 dəfə "Qəbələ" meydanı 3 xalla tərk edib. 13 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 67:41. "Qarabağ” rəqibinə qarşı son 8 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” isə son 4 səfər maçından xalsız ayrılıb.

17 oktyabr
Azərbaycan Premyer Liqası
VI tur
14:00. "Səbail" - "Keşlə" 1:1
Qollar: Bahadur Həziyev, 50 - Rəhman Hacıyev, 48

"Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
"Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes
23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov. 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
Affa nümayəndəsi: Əsgər Əmirəliyev
"ASCO Arena"

16:00. "Qarabağ" - "Qəbələ" 3:0
Qol: Donald Qerye, 45, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1

"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
"Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov

Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
Affa nümayəndəsi: Ramiz Mustafayev
"Azersun Arena"

Qeyd edək ki, VI turun "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları oktyabrın 18-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə