"Yuventus" futbol klubu karantinə alındı

"Yuventus" futbol klubu karantinə alındı

"Yuventus"un futbolçusu Ueston Makkenni koronavirusa yoluxub.

SİA Turin təmsilçisinin saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin testi müsbət çıxıb. Koronavirusla bağlı protokola əsasən, bütün komandanın karantinə alındığı bildirilib.

Qeyd edək ki, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo da koronavirus aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə