UEFA Millətlər Liqasında 4-cü tura start verilib - NƏTİCƏLƏR

UEFA Millətlər Liqasında 4-cü tura start verilib - NƏTİCƏLƏR

UEFA Millətlər Liqasında 4-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə A, C və D Liqasında 7 matç keçirilib.

A Liqasının 4-cü qrupunda Ukrayna İspaniyaya qalib gəlib - 1:0. Almaniya - İsveçrə görüşündə isə heç-heçə qeydə alınıb- 3:3.

C Liqasının 1-ci qrupunda Monteneqro evdə Lüksemburqa 1:2 hesabı ilə uduzaraq, ilk pilləni əldən verib. Qrupun digər oyununda Azərbaycan Kiprlə qolsuz heç-heçə edib.

13 oktyabr

A liqası
4-cü qrup
22:45. Ukrayna – İspaniya - 1:0
Qol: Viktor Tsıqankov, 76

22:45. Almaniya – İsveçrə - 3:3
Qollar: Timo Verner, 28. Kay Haverts, 55. Serj Qnabri, 60 - Mario Qavranoviç, 5; 57. Remo Fröyler, 26

C liqası
1-ci qrup
20:00. Azərbaycan – Kipr - 0:0

22:45. Monteneqro – Lüksemburq - 1:2
Qollar: İqor İvanoviç, 34 - Edvin Muratoviç, 42. Danel Sinani, 86

D liqası
1-ci qrup

20:00. Latviya - Malta - 0:1
Qol: Stiv Borq, 90+7

22:45. Farer adaları – Andorra - 2:0
Qollar: Klemint Olsen, 19; 33

2-ci qrup
22:45. Lixtenşteyn – San Marino - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə