Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları davam edir.
SİA xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.
Asiyalıların duelində İran Özbəkistan üzərində səfər qələbəsi qazanıb. Afrika təmsilçiləri CAR və Namibiya qalibi müəyyənləşdirə bilməyib.
İki görüşdə Avropa yığmaların münasibətlərini aydınlaşdırıb. İsveç səfərdə Rusiyaya, İngiltərə doğma meydanda Uelsə qalib gəlib.
Bir matçda iki fərqli qitə təmsilçisi görüşüb. Belçika Fil Dişi Sahili ilə görüşüb. Hərəyə bir qol vuran komandalar sülhlə ayrılıb.
Yoldaşlıq oyunları
8 oktyabr
Toqo - Liviya – ləğv edilib
Özbəkistan - İran - 1:2
Şomurodov, 53 - Azmun, 44, Taremi, 51 (pen.)
Rusiya - İsveç - 1:2
Sobolev, 90+2 - İsak, 21, Yohansson, 73
CAR - Namibiya - 1:1
Sinq, 18 - Limbomdi, 55
Belçika – Fil Dişi Sahili - 1:1
Batşuayi, 53 - Kessie, 86
İngiltərə - Uels - 3:0
Kalvet-Levin, 26, Koudi, 53, İnqs, 63
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB