Uruqvay yığması Dünya Kuboku üzrə seçmə mərhələnin ilk turunda Çilini məğlub edib

Uruqvay yığması Dünya Kuboku üzrə seçmə mərhələnin ilk turunda Çilini məğlub edib

Futbol üzrə Uruqvay yığmasının 2022-ci ildə keçiriləcək Dünya Kuboku üzrə Cənubi Amerika seçmə mərhələsinin ilk turunda Çilini məğlub edib.

SİA-nın məlumatına görə, Uruqvay millisinin oz meydanında keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

Luis Suarez 39-cu dəqiqədə VAR sistemindən istifadə etdikdən sonra verilən penalti zərbəsi ilə ev sahibləri heyətində fərqlənib. 54-cü dəqiqədə Aleksis Sançez hesabı bərabərləşdirsə də əlavə vaxtda Maksi Gomez Uruqvayın qələbə topunu vurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə