Millimizin rəqibləri qələbə qazana bilməyiblər

Millimizin rəqibləri qələbə qazana bilməyiblər

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan komandalar yoldaşlıq görüşləri keçiriblər.

SİA xəbər verir ki, Monteneqro yığması evdə Latviya ilə heç-heçə edib - 1:1. 90+1-ci dəqiqədə İqor İvanoviç Monteneqronu məğlubiyyətdən xilas edib.

Kipr evdə Çexiyaya məğlub olub - 1:2. Ada təmsilçisinin yeganə qolunu 32-ci dəqiqədə Loizos Loiz vurub.

Lüksemburq isə evdə Lixtenşteynə eyni hesabla uduzub. Meydan sahiblərinin təsəlli qolunu 72-ci dəqiqədə Gerson Rodriges vurub.

Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq Azərbaycan millisi oktyabrın 13-də Albaniyada Kipri qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə