"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxub

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxub

"Fənərbaxça"nın futbolçusu Nabil Dirar koronavirusa yoluxub.

SİA xəbər verir ki, ondan Mərakeş millisinin düşərgəsində olduğu zaman götürülən test nümanəsi müsbət çıxıb. Bu barədə Mərakeş Futbol Federasiyasının saytı məlumat yayıb.

Koronavirus səbəbindən 34 yaşlı yarımmüdafiəçi millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Nyukasl"dan Aşraf Lazar çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə