Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə bağladı

Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə bağladı

"Başakşəhər” klubu 19 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Serhan Üres ilə müqavilə bağlayıb. SİA xəbər verir ki, Superliqa təmsilçisi 2002-ci il təvəllüdlü yarımmüdafiəçi ilə peşəkar sözləşməyə imza atıb.

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

Qeyd edək ki, "Başakşəhər” ötən mövsüm Türkiyə Superliqasının çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə