Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib

Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib
Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, Super Liqa klubu Kabo-Verde yığmasının hücumçusu Djanini Semedonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Canini yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu azad agent statusu daşıdığı üçün trabzonlular bu transferə görə əlavə xərcə düşməyiblər. Semedo "Trabzonspor"da ilk iki mövsümündə 1 milyon 300 min, sonuncu mövsümündə isə 1 milyon 400 min avro gəlir əldə edəcək. Canini son olaraq Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Əhli"də forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə