“Lill” türk futbolçularının sayəsində darmadağına sevinib, "Lion" heç-heçə edib

“Lill” türk futbolçularının sayəsində darmadağına sevinib, "Lion" heç-heçə edib

Futbol üzrə Fransa çempionatında 6-cı tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

"Monpelye" evdə "Nim"ə uduzub. Səfərdə "Strasburq"la qarşılaşan "Lill" türk futbolçularının vurduğu qollar sayəsində darmadağına sevinib. "Bordo" doğma meydanda "Dijon"dan, "Brest" "Monako"dan, "Mets" isə "Loryan"dan üstün olub. "Renn" – "Reyms" matçında, eləcə də Lion və Marsel "Olimpik"lərinin duelində qalib müəyyənləşməyib.

Fransa Liqa 1

6-cı tur

4 oktyabr

Monpelye – Nim 0:1

Qol: Ripar, 84.

Bordo – Dijon 3:0

Qol: Oudin, 12. Kalu, 29. Basiç, 89.

Brest – Monako 1:0

Qol: Favr, 8.

Strasburq – Lill 0:3

Qol: Z.Çelik, 21. Sançes, 53. B.Yılmaz, 68.

Mets – Loryan 3:1

Qol: Niane, 44-pen; 59; 64 – Hamel, 36.

Renn – Reyms 2:2

Qol: Rafinya, 24. Da Silva, 37 – Abdelhamid, 11. Dia, 66.

Olimpik (Lion) – Olimpik (Marsel) 1:1

Qol: Auar, 28-pen – Payet, 16.

2 oktyabr

PSJ – Anje 6:1

Qol: Florensi, 7. Neymar, 36; 48. Draksler, 57. Queye, 71. Mbappe, 84 – Traore, 52.

3 oktyabr

Lans – Sent-Etyen 2:0

Qol: Kakuta, 15-pen. Sotoka, 81.

Nitsa – Nant 2:1

Qol: Dante, 27. Turam, 62 – Louza, 45+5-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə